"Məktəblərin yanında heyvanları kəsirlər, başını nümayiş etdirirlər, bu isə…” - Qüdrət Həsənquliyev

"Məktəblərin yanında heyvanları kəsirlər, başını nümayiş etdirirlər, bu isə…” -

"Bəzən məktəblərin yanında, qəssabxanalarda heyvanları kəsirlər və onun başını nümayiş etdirirlər. Uşaqlar da həmin ərazidən sağa-sola keçirlər. Məişət zorakılığının bir səbəbi də oradan başlayır".

Bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Deputat uşaqların gözü qarşısında heyvan kəsilməsinin onların psixologiyasına vurduğu zərərə diqqət çəkərək, dövlət qurumlarını sərt addımlar atmağa çağırıb:

"Valideynlər uşaqlarını heyvanların qurban kəsilməsi mərasiminə aparırlar. Hətta o heyvanın qanından uşaqların alnına da çəkirlər. Bunun təkcə maarifləndirmə ilə qarşısını almaq mümkün deyil, müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdırlar".

Günay Şahmar

Mənbə: bizim.media