Əl titrəməsi haqqında bilməli olduqlarınız: Hansı əlamətlər risklidir?

Əl titrəməsi haqqında bilməli olduqlarınız: Hansı əlamətlər risklidir?

Əl titrəməsi çox vaxt stress, yuxusuzluq, həddindən artıq kofein qəbulu, fiziki yorğunluq və ya qan şəkərinin aşağı düşməsi kimi müvəqqəti səbəblərlə əlaqəli olur. Lakin bəzi hallarda bu əlamət sinir sistemi xəstəlikləri, qalxanabənzər vəz problemləri və ya bəzi dərmanların yan təsiri nəticəsində də yarana bilər.

Mütəxəssislərə görə, titrəmə gündəlik işlərə mane olursa, getdikcə güclənirsə və ya yerimə pozğunluğu, nitqdə dəyişiklik, tarazlığın itməsi kimi əlamətlərlə müşayiət olunursa, nevroloqa müraciət etmək vacibdir.


Əgər əl titrəməsi qəfil başlayıb, üzdə asimmetriya, bədənin bir tərəfində zəiflik, nitq pozğunluğu və ya şüur dəyişikliyi ilə birlikdə müşahidə olunursa, bu, təcili tibbi yardım tələb edən vəziyyətin əlaməti ola bilər.

Əminə Bayramova

Mənbə: pravda.az