Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev bu yaxınlarda vəfat edən atası ilə bağlı duyğusal paylaşım edib.
O, atası ilə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Hər addımında əziyyəti olan əziz atam, hər zaman qəlbimdə yaşayacaqsan”.
Qeyd edək ki, peşəkar idmançının atası Mahir Ağayev iyulun 13-də səhhətində yaranan problem səbəbindən vəfat edib.

Mənbə: qafqazinfo.az