Nevropatoloq açıqladı: Yaddaşı gücləndirən ən faydalı içki budur

Nevropatoloq açıqladı: Yaddaşı gücləndirən ən faydalı içki budur

Nevropatoloq Kiran Bat idrak funksiyalarını və yaddaşı qorumaq üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu bildirib.

O, "Eating Well" nəşrinə açıqlamasında deyib ki, qəhvə beyin fəaliyyətinə müsbət təsir göstərən və elmi araşdırmalarla təsdiqlənmiş bir sıra faydalı birləşmələrlə zəngindir.

Həkimin sözlərinə görə, qəhvənin əsas tərkib hissələrindən biri olan kofein orqanizmdə toplanaraq yuxululuq yaradan adenozin adlı maddənin təsirini bloklayır. Bu isə gün ərzində diqqətin cəmlənməsinə və konsentrasiyanın artmasına kömək edir.

Kiran Bat əlavə edib ki, qəhvənin tərkibində çoxlu miqdarda polifenollar və antioksidantlar da var. Bu maddələr orqanizmdə oksidləşdirici stresi və iltihabı azaldır, nəticədə beynin qocalma prosesini ləngidir və idrak funksiyalarının daha uzun müddət qorunmasına dəstək olur.

Bundan başqa, elmi araşdırmalar göstərib ki, qəhvənin gündə 2–3 fincan olmaqla normada istehlakı demensiya (əqli zəifləmə) riskinin azalması ilə əlaqələndirilir.

Bundan əvvəl kardioloq İrina Vasilyeva qəhvənin faydalı olub-olmaması ilə bağlı həkimlər arasında fikir ayrılığı olduğu barədə yayılan təsəvvürə münasibət bildirib. Onun sözlərinə görə, əslində mütəxəssislər bu məsələdə ümumi mövqedən çıxış edir və qəhvənin normada qəbulunun sağlam insanlar üçün faydalı ola biləcəyini qəbul edirlər./ Sfera.az

Mənbə: sitat.info