Bu qədər şəxs universitetə qəbul olmaq üçün ərizəsini təsdiq etdi

Bu qədər şəxs universitetə qəbul olmaq üçün ərizəsini təsdiq etdi

17 avqust saat 10:10-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün 58692 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Qeyd edilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Mənbə: publika.az