Ölkəmizdə yeni TƏDRİS MODELİ – İlk məzunların 95 faizi universitetə QƏBUL OLDU

Ölkəmizdə yeni TƏDRİS MODELİ – İlk məzunların 95 faizi universitetə QƏBUL OLDU

“Yeni təmayül tədris modeli layihəsi 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayıb, 2025–2026-cı tədris ilində isə 14 məktəbdə davam edib”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında çıxışında bildirib.

Agentlik sədrinin sözlərinə görə, bu il layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub.

"Bu ilkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində layihənin 90 məktəbə genişləndirilməsini nəzərdə tutmuşuq. Bu siniflərdə təhsil almaq üçün qısa müddətdə 20 minə yaxın müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir”.

Fəridə, Bizim.Media

Mənbə: bizim.media