Orfoqrafiya lüğəti nə vaxt hazır olacaq? - RƏSMİ AÇIQLAMA

Orfoqrafiya lüğəti nə vaxt hazır olacaq? -

“Orfoqrafiya lüğəti ilə bağlı müzakirələr gedir, müzakirələrə yenidən başlamışıq”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, müzakirələr hələ ki uzanır:

"Hər gün müzakiələr aparılır. Yəqin ki, daha iki aya qədər uzanacaq".

O qeyd edib ki, orfoqrafiya lüğətləri artıq Nazirlər Kabinetinə təhvil verilib və Nazirlər Kabinetinin cavabı gözlənilir.

Mənbə: bizim.media