Həddindən artıq qıdıqlamaq təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

Həddindən artıq qıdıqlamaq təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

Həddindən artıq qıdıqlamaq yuxusuzluq, əsəb tikləri, qıcolmalar və sinir sisteminin fəaliyyətində digər pozuntulara səbəb ola bilər.

Bu barədə həkim-terapevt Denis Prokofyev bildirib.

Onun sözlərinə görə, tibbi baxımdan qıdıqlama dəridəki sinir uclarının qıcıqlandırılmasıdır. Beyin buna qeyri-iradi müdafiə reaksiyası ilə cavab verir. Nəticədə gülüş, əzələlərin yığılması və əllərin kəskin hərəkətləri baş verir.

Həkim qeyd edib ki, qıdıqlamanın həddindən artıq intensiv və uzunmüddətli olması sinir sisteminin yüklənməsinə gətirib çıxara bilər.

“Sinir liflərinin həddindən artıq qıcıqlandırılması zamanı patoloji proseslər inkişaf edə bilər”, - Prokofyev vurğulayıb.

Mütəxəssis əlavə edib ki, güclü qıcıqlanma vegetativ sinir sisteminin fəaliyyətinə də təsir göstərə bilər. Bu səbəbdən xüsusilə uşaqları uzun müddət və intensiv şəkildə qıdıqlamaq tövsiyə edilmir. Həkimin sözlərinə görə, uşaqlarda sinir sistemi hələ formalaşma mərhələsində olduğundan güclü qıcıqlanma və stressə daha həssas ola bilər.

Mənbə: publika.az