Samir “AzParking”dən şikayətləndi: “Qulaq asan yoxdur”

Samir “AzParking”dən şikayətləndi: “Qulaq asan yoxdur”

Aparıcı Samir Bayramlı "AzParking"dən şikayətlənib.

O, sosial şəbəkə hesabında paylaşım edərək qurumun fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.

“AzParking-ə indiyə qədər kimsə nəyisə sübut edə bilib? Varsa, elə biri desin, ən azı nümunəm olsun. Çox “möhtəşəm” işləyirlər. Heç kim veclərinə deyil, qulaq asan yoxdur. Həmişə də nə səhvləri olur, nə də günahları!” - deyə, Samir Bayramlı yazıb.


Mənbə: yenisabah.az