Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? –

Sumqayıt şəhərində yolun yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, "Şərq bazarı"nın arxasında yerləşən yolda qazıntı işləri aparıldıqdan sonra ərazi əvvəlki vəziyyətinə qaytarılmayıb.

Nəticədə küçə yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Sakinlərin sözlərinə görə, yol tikinti materiallarının olduğu ərazidən əsas küçəyə qədər bu vəziyyətdədir. Ərazidə aparılan qazıntılardan sonra burada nə asfaltlanma işi aparılıb, nə də digər tədbirlər görülüb.


Mənbə: bizim.media