Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi

Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bakının Binəqədi qəsəbəsində təmir işləri ilə əlaqədar 133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlə əlaqədar 133 nömrəli marşrutun son dayanacağı təmir işləri yekunlaşanadək Gülməmməd Ramazanov küçəsində müəyyən edilib.
170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunacaq.
Məhdudiyyətlərin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılacağı bildirilib.

Mənbə: azxeber.com