Səhhətində yaranan ciddi problemlərə görə Yeni Klinikaya yerləşdirilən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.
Yaxınları Ölkə.az-a bildirib ki, onun səhhətində müsbətə doğru irəliləyiş var.
Onların sözlərinə görə, Milli Qəhrəman xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb.
Hazırda E.Əliyevin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Milli Qəhrəman mədə xəstəliyindən əziyyət çəkir. Ötən gün onun mədəsində qan axma olub. Bu səbəbdən vəziyyəti daha da ağırlaşıb və Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Həmidə İbrahimova
Mənbə: olke.az