Ağdaşın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq “Pirkəkə” hava xəttində təmir işi aparılacaq.
Görüləcək işlərlə əlaqədar rayonun Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: qafqazinfo.az