İki rayonun bəzi ərazilərində işıq olmayacaq

İki rayonun bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində 10 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ağdaşda saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Mənbə: publika.az