Bakı. Trend:
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv olub, dağlıq ərazilərə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala) və Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan və Altıağacda 3 santimetr təşkil edib.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 millimetr olub.
Bölgələrdə isə Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz və Şabranda 1–5 millimetr yağıntı qeydə alınıb.
Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında əsən şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26 metrə çatıb.
Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Mənbə: az.trend.az