“Araşdırma aylarla davam edir, əlillər müavinətsiz qalır”

“Araşdırma aylarla davam edir, əlillər müavinətsiz qalır”

"Vətəndaşın əlilliyi dayandırılır və ona yenidən müavinətin verilib-verilməməsi ilə bağlı araşdırma aparılır. Araşdırma isə bir neçə ay davam edir və həmin şəxsə yenidən müavinətin verilməsi barədə qərar qəbul edilir".

Bunu deputat Ceyhun Məmmədov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, həmin pula ciddi ehtiyacı olan vətəndaşa aradakı müddət üçün heç bir vəsait ödənilmir:

"Nəzərə alsaq ki, bu vəsait həmin insanlar üçün həyati əhəmiyyət daşıyır. Ona görə də bu məsələyə yenidən baxmaq yaxşı olardı".

Mənbə: bizim.media