Ali təhsil müəssisəsindən xaric edilən şəxslər 6 ay ərzində universitetə bərpa olunmadıqda hərbi xidmətə çağırışla bağlı möhlət hüququnu itirirlər.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Mövzu ilə bağlı kapitan Əsgərli Zəfər ətraflı məlumat verib.
Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər altı ay müddətində təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər.
Bu halda həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mənbə: publika.az