Ağstafanın icra başçısı bazarda: Qiymətləri soruşdu, “halallıq” istədi – VİDEO

Ağstafanın icra başçısı bazarda: Qiymətləri soruşdu, “halallıq” istədi – VİDEO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerli bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiymətləri və alıcılıq qabiliyyəti ilə maraqlanıb.

Musavat.com xəbər verir ki, icra başçısının bazarda satıcılarla söhbətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

S.Orucov satıcılardan məhsulların qiymətləri və satış vəziyyəti barədə məlumat alıb. Söhbət zamanı onun satıcılardan birinə “Halallıq ver” deməsi də diqqət çəkib.

WhatsApp Image 2026-11-22 at 22.30.47.jpeg

Qeyd edək ki, Seymur Orucov 21 may 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Görüntüləri təqdim edirik:

Şahanə Rəhimli

Mənbə: www.musavat.com