Bu bölgənin məktəbliləri Bakıda beynəlxalq yarışın qalibi oldular – FOTO

Bu bölgənin məktəbliləri Bakıda beynəlxalq yarışın qalibi oldular –

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 məktəbin komandası Bakıda təşkil edilən SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış nominasiyaları üzrə qalib gəliblər. 

Bizim.Media-nın yerli bürosu Regional Təhsil İdarəsinə istinadən bildirilir ki, yarışda Balakən şəhər 2 nömrəli tam orta məktəbin “Dream Weavers” komandası “Engineers of Future” kateqoriyası üzrə bürünc medal qazanıb. 

Qax şəhər 2 nömrəli məktəb-liseyin “Game Experts” komandası “Boat Racing” kateqoriyasi üzrə 1-ci yeri, həmin liseyin “Frends of Nature” komandası isə “VidX” kateqoriyası üzrə 3-cü yeri tutub. Bundan əlavə, “Frends of Nature” və Qax STEAM mərkəzinin “Fly Tech” komandaları “Attractivie team” nominasiyası üzrə qalib gəliblər.

Yarışda Oğuz şəhər 3 nömrəli məktəb-liseyin “VORTEX” və Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin “Radrone Technologies” komandaları “Innovative Exhibition” kateqoriyaları üzrə qalib adını qazanıblar.
Festivalın final mərhələsində Zaqatala STEAM Mərkəzini təmsil edən komandalar bir neçə nominasiya üzrə qalib gəliblər. Mərkəzin “BOOS" komandası “FLY TECH” kateqoriyası üzrə, “ANGELS" komandası “ROBOKİDS” kateqoriyası üzrə, “AMİGOS" komandası isə “VİDX” kateqoriyası üzrə 3-cü yeri, “İnvincible pilots” komandası “wings and wheels” kateqoriyası üzrə 2-ci yeri, “Attractive team” nominasiyası üzrə 1-ci yeri tutublar. Bundan əlavə, Zaqatala STEAM Mərkəzinin “PEACE" komandası “H2 GRAND PRİX PRO” kateqoriyası - “Ən yaxşı PİT STOP” üzrə 1-ci olub, “STEP BY STEP" komandası “İNNOVATİVE EXHİBİTİON” kateqoriyası üzrə, “HEROES" komandası “FLL EXPLORE” kateqoriyası üzrə, həmçinin Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin “SOFTWARE SUPERSTAR" komandası “İNNOVATİVE EXHİBİTİON” kateqoriyası, rayonun “Area” kursunun “MegTech” komandası isə “İnnovative exhibition” kateqoriyası üzrə qalib gəliblər. Beynəlxalq Festivalın hər bir komandası və üzvləri təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb. 









 

Mənbə: bizim.media