"Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin şəxsiyyəti müəyyən edilib".
Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Musavat.com-a açıqlamasında deyib.
DİN rəsmisinin sözlərinə görə körpəsini tərk edən ana şöbəyə dəvət edilib:
"Araşdırmalarla körpəni tərk edən ana — 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş verməsi və təfərrüatları araşdırma predmetidir. Araşdırmalar davam etdirilir".
Mənbə: musavat.com