Bakı yollarından birində hərəkət istiqaməti dəyişdirildi - XƏRİTƏ

Bakı yollarından birində hərəkət istiqaməti dəyişdirildi - XƏRİTƏ

Bakıdakı yollardan birində hərəkətin təşkilində dəyişiklik edilib.

Milli.az bildirir ki, Zahid Qəmbərov küçəsinin Binəqədi şosesi ilə kəsişməsində hərəkət istiqaməti dəyişdirilib. Belə ki, artıq bu küçədən sola dönməyə icazə verilir.

Qeyd edək ki, dəyişiklik bir müddət əvvəl edilib. Bundan əvvəl həmin küçədən Binəqədi tərəfə getmək istəyənlər bu yolla sağa daxil olub, sonra notariatın qarşısından geriyə dönmə edirdilər.

 

Mənbə: oxu.az