Bakıda 3 gün leysan olacaq - HAVA PROQNOZU

Bakıda 3 gün leysan olacaq - HAVA PROQNOZU

Dekabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

Düşən yağıntının miqdarı 3 mm-dək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından ayın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

Mənbə: yenisabah.az