Əfv Məsələləri Komissiyasının növbəti iclası: 100-dən çox...

Əfv Məsələləri Komissiyasının növbəti iclası: 100-dən çox...

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, bu gün komissiyanın bu il üçün 6-cı iclası baş tutub.

İclasda 100-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Mənbə: www.bakupost.az