Robotlar ən yaxşı cərrahları geridə qoyacaq - İlon Mask

Robotlar ən yaxşı cərrahları geridə qoyacaq -

Cəmi beş ildən sonra robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər.

Bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru, iş adamı İlon Mask X səhifəsində yazıb.

"Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən beş ildən sonra isə ən yaxşı cərrahları geridə qoyacaq", - deyə o qeyd edib.

Mənbə: axar.az