Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə rayonun Abşeron, Tuti küçələrində və Nardaran bağları ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: qafqazinfo.az