“Qadınla qələbə hardasa əkizdi...”

“Qadınla qələbə hardasa əkizdi...”

Azərbaycanın istedadlı şairi Qulu Ağsəs yeni yazdığı şeirini “Qafqazinfo”ya təqdim edib.

Həmin şeiri oxucuların ixtiyarına veririk:

***

Bu beşgünlük dünyada

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

arzu dediyin

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin

qərarı qətidi:

ən gözəl xətt –

su xəttidi;

Bəlkə də xırda detaldı:

viran evləri işğaldan

uçuq daxmalar qurtardı;

Qadınla qələbə hardasa əkizdi:

yoxsa heç biri belə şəstlə

sinəsin qabağa verməzdi;

...İlk sevgi şeirim

mənə dostluq yollayıb instaqramda

(şəklin də çəkmişəm, telefonda durur),

görün nə yazır:

“ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

özü vurulur... ”

Mənbə: qafqazinfo.az