27 yaşlı nigeriyalı aşbaz Hilda Baci Ginnesin Rekordlar Kitabına düşüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, 5 dəqiqəlik fasilələrlə 100 saat yemək bişirib.
Lakin araşdırma zamanı onun 100 saat deyil, 93 saat 11 dəqiqə ərzində bişirdiyi məlum olub.
100 saatda 5 dəqiqəlik fasilələr verən Baci uzun fasilə səbəbindən 6 saat 49 dəqiqədən məhrum olub. Yenə də onun rekordu yeniləməsi üçün kifayət edib.
Baci yüzdən çox yemək bişirib. Cümə axşamı, mayın 11-də başlayan aşpaz bazar ertəsi yemək bişirməyi dayandırıb. Yemək hazırlanarkən Ginnesin Rekordlar Kitabının əməkdaşı olmadığı halda onun görüntüləri daha sonra təhlükəsizlik kamerasından izlənilib və rekord qeydə alınıb.
Baci 100 saatlıq qida marafonunda fiziki yorğunluq əlamətləri göstərsə də, o, başına soyuq kompreslər qoyub və hər fasilədə ayaqları masaj edilib.
Böyük zəhmət tələb edən uğurundan sonra ölkəsində coşğu ilə qarşılanan Baci siyasətçilərdən və məşhurlardan təbrik mesajları alıb.
Xatırladaq ki, daha əvvəl rekord 88 saata nəticə göstərən hindistanlı Lata Tondona məxsus olub.
Günay
Mənbə: olke.az