CHP lideri Kamal Kılıçdaroğlunun seçkilərdən sonra ilk qrup toplantısında gərgin anlar yaşanıb. Kılıçdaroğlunun çıxışının əvvəlində salondan bir vətəndaşın qışqırtısı diqqət çəkib.
Manset.az "TGRT Haber-ə istinadən xəbər verir ki, bugünkü iclasda çıxışına başlayan Kılıçdaroğlu salondakılar tərəfindən alqışlarla qarşılanıb. Alqış sədaları bitəndə zaldakı səssizlikdən istifadə edən vətəndaş Kılıçdaroğluna "Niyə uduzdun?" qışqırıb.
Seçkidən bir gün sonra dəyişiklik mesajı verən İmamoğlunun ardınca Özgür Özəl, Tanju Özcan və Gürsel Tekin kimi CHP üzvləri CHP Ümumi Başçılığına yaşıl işıq yandırdılar.
Digər tərəfdən, Kılıçdaroğlu qrup toplantısında diqqət çəkən bir 'dəyişiklik' mesajı verib. Kılıçdaroğlu, "Dəyişiklik və yeniliyin bir parçası olmaq istədiyimi söyləyən bütün yoldaşlarıma səslənirəm. Fərdi gözləntilərdən qurtulmalıyıq. Ölkədən söz gedirsə, gerisi detallardır" deyib.
Jalə
Manşet.az
Mənbə: manset.az