Rusiya Krivoy-Roq şəhərinə raket zərbələri endirib – VİDEO

Rusiya Krivoy-Roq şəhərinə raket zərbələri endirib – VİDEO

Rusiya ordusu ötən gücə Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Krivoy-Roq şəhərinə raket zərbələri endirib.

“AzPolitika.info” xəbər verir ki, raketlərdən bəzilərinin beşmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 6 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lisak bildirib ki, hava hücumundan müdafiə vasitələri üç qanadlı raketi zərərsizləşdirsə də, raketlərdən bir neçəsi şəhərə düşüb və nəticədə mülki obyektlərə ziyan dəyib.

“AzPolitika.info”


Mənbə: azpolitika.info