Hava limanında xidmət etmək üçün bir pişik işə götürülüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Kaliforniya ştatının San-Fransisko şəhərinin hava limanında pişik hava limanında psixoterapevtik heyvanlar komandası üzərində işləməyə başlayıb.
14 yaşlı Dyuk Ellinqton Morris adlı pişik on ildir ki, şəhər xəstəxanalarında xəstələrə baş çəkir. İndi pişik insanlara səyahətlə bağlı stressin öhdəsindən gəlməyə kömək edir. Dyukdan başqa komandaya bir neçə it, dovşan və donuz daxildir.
Terapiya heyvanları narahat səyahətçiləri sakitləşdirmək üçün "Pet Me" etiketli jiletlər taxaraq hava limanının terminallarını gəzirlər.
Mənbə: lent.az