Yay gəldi və havaların isinməsi ilə bərabər ağcaqanadlar insanların kabusuna çevrilir. İnsanlar bu həşaratın sancmasından qorunmaq üçün müxtəlif üsullara əl atırlar. Bu səbəbdən də demək olar ki, hər evdə ağcaqanad əleyhinə dərmanlar olur.
Onların qiyməti də müxtəlifdir. 5 qəpik və 20 manat arasında dəyişən bu preparatlar demək olar ki, hamısı kimyəvi tərkiblidir.
Bəs, bu dərmanların sağlamlığa ziyanı varmı? Ümumiyyətlə, bu preparatlardan istifadə etmək nə dərəcədə təhlükəsizdir?
Məsələ ilə bağlı Ednews-a danışan Baş Toksikoloq Azər Maqsudov qeyd edib ki, əslində bu preparatlardan istifadə edərək, tək ağcaqanadları yox, özümüzü də zəhərləmiş oluruq.
“Bu dərmanlar əsasən həssas uşaqlara çox pis təsir edir. Bu da nəfəs yollarında ağciyərində problemi olan uşaqlarda müşahidə olunur. Bəzən bu allergiya tipli səpgilərlə də müşahidə olunur. Bu əlamətlər olan uşaqların qapalı və dərmanların istifadə olduğu yerdə çox qalmaması tövsiyyə edilir. Uşaqların xaricində böyüklərdə elə də fəsad doğurmur. Amma bu o demək deyil ki bu dərmanlardan qapalı məkanlarda çox istifadə olunmalıdır”.
Toksikoloq eyni zamanda qeyd edib ki, dərmanların mənfi təsiri ilə bağlı müraciətlər bir o qədər də çox olmur. Ağcaqanad əleyhinə olan dərmanların konsentrasiyası, onların tərkibində olan kimyəvi maddələrin toksiki təsiri zəifdir. Ona görə də bu dərmanlar bir o qədər də təhlükəli hesab olunmur.
Kazımlı Rübabə
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: Twitter: Facebook: Telegram:Mənbə: ednews.net