Astroloqlar 12-18 iyun tarixində şansı gətirməyəcək bürclər haqqında proqnoz veriblər.
Metbuat.az xəbər verir ki, bu günlər ərzində buğalar seçimlərində diqqətli olmalıdırlar. Ehtiyac olmadıqca alış-veriş etmək, büdcənizin boşalmasına səbəb ola bilər.
Tərəzilər isə şəxsi münasibətlərində ehtiyyatlı olsalar onlar üçün daha yaxşı olacaqdır. Ulduzlar bir neçə gün ərzində qarşınızda olan insanlara qarşı həssas davranmağınızı istəyirlər.
Azadlığı sevən Oxatanlar isə bir iki gün səyahət etmədən dayana bilsələr qarşıda onları daha möhtəşəm istirahət planları gözləyəcəkdir. Sadəcə olaraq səbr etməyi bilməlisiniz.
Dolça bürcündən olanlar isə dost olmağa tələsməsələr yaxşıdır. Ulduzlar etibar edəcəyiniz insanları yüz ölçüb bir biçməyinizi istəyir.
Aidə / Metbuat.az
Mənbə: metbuat.az