“Ayseli axtarması ilə bağlı videosu yayılan şəxsin həbs edildiyi deyilir. Bunu alqışlayanlar da var. Lakin “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 18-ci maddələrinə əsasən özü və ətrafdakılar üçün təhlükəli olan, ətrafdakılara qarşı təcavüzkar hərəkətlər edən şəxslər qeyri-könüllü psixiatriya yardımına (müayinəsinə) cəlb edilə bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu vəkil Elçin Sadıqov bildirib.
“Özü və ətrafdakılar üçün təhlükə yaratmayan şəxslər ümumiyyətlə qeyri-könüllü stasionar psixiatriya xəstəxanasına yerləşdirilə bilməz. Videolarda həmin şəxsin özü və ətrafdakılar üçün təhlükəli olması görünmür. Ona görə də onun məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanunsuzdur”, - E.Sadıqov qeyd edib.
Mənbə: pravda.az