Fransa müstəntiqləri 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində keçmiş prezident Nikola Sarkozinin evində axtarış aparıblar.
APA xəbər ver ki, bu barədə “Depeche” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, müstəntiqlər Sarkozinin livan əsilli fransız iş adamı Ziyad Takiəddinə 2007-ci il prezident seçkiləri kampaniyası üçün Liviya hakimiyyətindən pul alması ittihamını geri götürmək üçün 600 min avro ödədiyindən şübhələnirlər.
Nəşrin məlumatına görə, Fransanın sabiq prezidenti çərşənbə axşamı Korrupsiya, Vergi və Maliyyə Pozuntuları ilə Mübarizə üzrə Mərkəzi İdarəsinin (OCLCCIFF) əməkdaşları tərəfindən dindirilib. Şahid qismində onun arvadı Karla Bruni-Sarkozi də ifadə verib. Bundan sonra Sarkozinin evində axtarışlar aparılıb.
Sarkozinin seçki kampaniyasının maliyyələşdirilməsini ilk dəfə 2011-ci ildə Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam elan edib. O, Euronews telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.
Mənbə: azpolitika.info