"Belarusdakı atom silahı Yaponiyaya tətbiq ediləndən 3 dəfə güclüdür" - Lukaşenko

"Belarusdakı atom silahı Yaponiyaya tətbiq ediləndən 3 dəfə güclüdür" - Lukaşenko<span class="qirmizi"></span>

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus Rusiyadan Xirosima və Naqasakidə istifadə olunanlardan üç dəfə güclü raket və bombalar alıb.

O, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Bizim raket və bombalarımız var. Bomba Xirosima və Naqasakidən üç dəfə güclüdür. Orada 80 mindən çox insan bir anda, 250 mini bir zərbədən öldü. Və bu bir bomba üç dəfə daha güclüdür", - deyə Lukaşenko vurğulayıb.

Mənbə: azpolitika.info