Ukrayna bu ölkə ilə birlikdə müdafiə müəssisəsi yaradacaq

Ukrayna bu ölkə ilə birlikdə müdafiə müəssisəsi yaradacaq

Almaniya Ukrayna ilə birlikdə müdafiə müəssisəsi yaradacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal Antiinhisar İdarəsi Ukraynanın “Ukroboronprom” konserni ilə birgə müdafiə müəssisəsi yaratmağa icazə verib.

Məlumata görə, Kiyevdə yerləşəcək müştərək müəssisə hərbi maşınlar istehsal edəcək və onlara texniki xidmət göstərəcək.

Şöbə müdiri Andreas Mundtun sözlərinə görə, Almaniyada bu müəssisənin yaradılması nəticəsində rəqabət üçün heç bir maneə qalmayacaq.

Mehti Kamiloğlu

 

Mənbə: publika.az