Erməni bloger yenidən Əliyevə müraciət etdi

Erməni bloger yenidən Əliyevə müraciət etdi

Erməni bloger Natalya Aleksanyan sosial şəbəkə üzərindən Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Bakupost.az xəbər verir ki, o, ermənilərin Qarabağda yaşamasının yeganə yoluunun onların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası olduğunu bildirib:

"Mən Qarabağ ermənilərinin sevdiyi, fikrinə qulaq asdıqları adamam.Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, mənə təcili olaraq Xankəndinə gəlməyə, həmvətənlərimlə yaxın olmağa, onlara dəstək verməyə və inteqrasiya prosesinə kömək göstərməyimə icazə verəsiniz", - deyə Aleksanyan bildirib.

Mənbə: www.bakupost.az