Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı sentyabrın 28-də Təbriz həbsxanasına köçürülüb.
Axar.az xəbər verir ki, bu barədə onun ailəsi bildirib.
Fəalın 500 milyon tümən (15 min AZN) girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına razılıq verilsə də, o azad edilməyib.
Xatırladaq ki, mədəni fəal sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb. Onun nədə ittiham edildiyi ilə bağlı məlumat verilmir.
Mənbə: axar.az