Cərimələnən sürücü polisi təhdid etdi - Video

Cərimələnən sürücü polisi təhdid etdi - Video

İstanbulun Taksim meydanında reyd zamanı təxminən 5 min lirə cərimələnən sürücü polis əməkdaşlarını təhdid edib.

Yenisabah.az xəbər verir ki, saxlanılan sürücü bundan qəzəblənərək polislərlə mübahisə edib: “Sizin maaşınızı kim verir?! Mən də qardaşımla gələcəyəm, ağıllı olun, qarşınızda uşaq yoxdur. Yaz cəriməni, sədəqə olsun!”

Bundan sonra əsəbləşən şəxs cəriməni imzalayıb polisləri hədələyərək maşınına minib və ərazidən uzaqlaşıb.

Həmin anlar ərazidəki vətəndaş tərəfindən anbaan lentə alınıb.

Mənbə: yenisabah.az