3 dəqiqəlik partlayış - Günəşdə qeyri-adi aktivlik qeydə alındı

3 dəqiqəlik partlayış -

Bu gün səhər saatlarında Günəşdə M sinifli partlayış baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə cəmi 3 dəqiqə davam edib və partlayış kiçik bir protuberansın atılmasına səbəb olub.

Mütəxəssislər bildirirlər ki, hazırda Günəş ümumilikdə sakit fazadadır. Lakin 3 iyun tarixində koronal dəlik səbəbilə zəif geomaqnit pozuntuların baş verəcəyi proqnozlaşdırılır.

Müəllif: Roza

Mənbə: publika.az