Bakıda mağazanı talayan şəxs kameraya düşdü - Video

Bakıda mağazanı talayan şəxs kameraya düşdü -

Paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq edilib.

Naməlum şəxs obyektə daxil olaraq kassadakı nağd pul vəsaitini, lotereya biletlərini və müxtəlif növ tütün məmulatlarını talayıb. Hadisə zamanı zərərçəkənə 5 min manata yaxın maddi ziyan vurulub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Fərid Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: qafqazinfo.az