Alkoqoldan asılı valideynlərin övladları çox erkən yaşlardan spirtli içki qəbul etməyə başlaya və 10 yaşına çatanda xroniki alkoqolizmə düçar ola bilərlər.
Bu sözləri tibb eksperti Aleksey Reşetun deyib.
Mövzu 2017-ci ildə Rusiyada böyük rezonans doğuran “sərxoş oğlan” hadisəsi fonunda yenidən gündəmə gəlib. Həmin vaxt Moskvaətrafı ərazidə altı yaşlı uşağı avtomobil vuraraq öldürmüş, ekspertiza isə onun qanında 2,7 promil alkoqol aşkar etmişdi.
Reşetun bildirib ki, belə miqdarda alkoqolun uşağın orqanizmində olması faktiki olaraq ölümcül dozadır.
Ekspert öz təcrübəsində də oxşar hallarla qarşılaşdığını qeyd edib. Onun sözlərinə görə, hətta ana südü vasitəsilə ölümcül dozada alkoqol qəbul edən körpə faktı da qeydə alınıb.
"Valideynlər alkoqoldan asılıdırsa və uşaq bunu daim görürsə, o, iki-üç yaşından spirtli içki qəbul etməyə başlaya bilər. Belə uşaqların 10 yaşında artıq xroniki alkoqolizmə tutulduğu hallar olur. Bu, dəhşətlidir, amma reallıqda rast gəlinir", - Reşetun vurğulayıb.
Adəm
Mənbə: publika.az