İŞİD-ə qarşı əməliyyatda 70 nəfər saxlanıldı

İŞİD-ə qarşı əməliyyatda 70 nəfər saxlanıldı

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 21 vilayətində İŞİD terror qruplaşmasına qarşı əməliyyatların keçirildiyini, 70 şübhəlinin saxlanıldığını elan edib.

Bu barədə qurumun rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

Müəyyən edilib ki, şübhəlilər İŞİD terror təşkilatının üzvləridir, terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım təşkilatları vasitəsilə təşkilata maliyyə dəstəyi göstəriblər, həmçinin sosial media hesabları üzərindən İŞİD terror təşkilatının təbliğatını aparıblar.

Əməliyyatlar Jandarma Baş Komandanlığının Terrorla Mübarizə (TEM) İdarəsi və Respublika baş prokurorluqların koordinasiyası ilə keçirilib.

Mənbə: az.trend.az