Ağdaşda baş verən ağır yol-nəqliyyat qəzası ilə bağlı TƏBİB-dən bildirilib ki, 3 iyun 2026-cı il tarixində, saat 00:30 radələrində qeydə alınan hadisə nəticəsində 2 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin çoxsaylı nahiyələrinin travmaları, müxtəlif sınıqlar və kəsilmiş yara diaqnozları qoyulub.
Ona zəruri tibbi yardım göstərilib və hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hadisə zamanı yüngül xəsarətlər alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media, Aran bürosu
Mənbə: bizim.media