Sumqayıtda 32 yaşlı kişi tanışı tərəfindən qətlə yetirildi

Sumqayıtda 32 yaşlı kişi tanışı tərəfindən qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.

Bizim.Media

Mənbə: bizim.media