Qiyamçı keşiş ev dustaqlığına buraxıldı

Qiyamçı keşiş ev dustaqlığına buraxıldı

Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb.

Apellyasiya məhkəməsi Qalstanyan barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.
Onun cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə əlaqə saxlaması qadağandır.
Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları ötən il iyun ayının sonunda həbs olunublar.

Mənbə: www.bakupost.az