5 sm böyüklüyündə dolu düşdü, 15 dəqiqə davam etdi

5 sm böyüklüyündə dolu düşdü, 15 dəqiqə davam etdi

Daşkəsən rayonunun Xoşbulaq kəndinə diametri təxminən 5-7 sm olan dolu düşüb.

Teleqraf-a istinadla xəbər verilir ki, dolu təxminən 15 dəqiqə davam edib.

Təbiət hadisəsi zamanı ciddi problem qeydə alınmasa da, bu, son bir ildə əraziyə yağan ən böyük doludur.

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Mənbə: publika.az