Kürdəmirdə yaşıllıq ərazidə yanğın başlayıb - VİDEO

Kürdəmirdə yaşıllıq ərazidə yanğın başlayıb -

Kürdəmir rayonunda yaşıllıq olan ərazidə yanğın başlayıb.

“Oxu.az”a istinadən xəbər verilir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Geniş ərazini əhatə edən yanğın nəticəsində sıx qara tüstünün havaya qalxdığı görünür.

İlkin məlumata görə, hadisə meşəlik sahədə qeydə alınıb və ağaclar yanır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.


Mənbə: bizim.media