Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda Parlament seçkiləri ilə bağlı səsverməyə start verilib.
Səsvermənin ilk dəqiqələrindən başlayaraq bəzi seçki prinsiplərinin pozulmasını əks etdirən görüntülər yayılır.
"HayaQue"nin yaydığı məlumata görə xeyli sayda faktlar ortaya çıxıb ki, bu da səsvermənin gizliliyi prinsipinin pozulmasını sübut edir.
"Təqdim etdiyimiz fotolardan da aşkar görünür ki, seçki məntəqəsindən ilk məlumatlar: "Vanadzordakı 23/51 saylı seçki məntəqələrində səsvermə kabinələrindən birinin arxasından hərəkət etmək, digərinin arxasında yerləşən pəncərədən isə səsvermə prosesini izləmək də mümkündür. Aşkar şəkildə, başqalarının görə biləcəyi şəraitdə səsvermə cəhdi, səsvermənin gizliliyi prinsipinin pozulması deməkdir! Bu, seçki günündəki ilk həyəcan verici xəbərlərdən biridir",- məlumatda qeyd edilib.
Müəllif: Tural

Mənbə: publika.az