Ermənistanda keçirilən parlament seçkilərindən sonra daxili siyasi böhran və gərginlik küçələrə daşıb. Paytaxt İrəvanda müxtəlif siyasi baxışlara malik qruplar arasında kütləvi dava baş verib.
Erməni sosial şəbəkə seqmentlərində paytaxtın mərkəzi küçələrindən birində qeydə alınan qarşıdurmanın görüntüləri yayılıb.
Ermənistan mediasının məlumatına görə, hadisəyə yerli sakinlərin seçkilərin nəticələri və siyasi partiyaların mövqeləri ilə bağlı düşən qarşılıqlı mübahisəsi səbəb olub. Ağır toqquşma ilə nəticələnən kütləvi davada çox sayda insanın iştirak etdiyi bildirilir. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Zərərçəkənlər və xəsarət alanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, bir qədər əvvəl Baş nazir Nikol Paşinyan seçki nəticələrini qəbul etmək istəməyən və ölkədə iğtişaş törətməyə çalışan rusiyayönümlü müxalifət qüvvələrinə xəbərdarlıq edərək, hər hansı təxribatın qarşısının sərt şəkildə alınacağını bəyan etmişdi.
Mənbə: bizim.media